Kərəm Aktürkoğlu ''Benfika''da qollarını sıralamaqda davam edir. Bu həftə Portuqaliya kubokunda 4-cü mərhələnin, yəni 1/32 finalın oyunları keçirilir.
Bu mərhələdə öz meydanında ''Eştrela'' ilə qarşılaşan Lissabon nəhəngi fanatlarını 7:0 hesablı gözəl qələbə ilə sevindirib. Di Mariyanın ilk 18 dəqiqə ərzində het-trik etdiyi qarşılaşmada Kərəm də qol sevinci yaşayıb. Fasilədə meydana çıxan türkiyəli ulduz 59-cu dəqiqədə Di Mariyanın ötürməsindən sonra fərqlənərək hesabı 4:0-a çatdırıb.
Beləliklə, Kərəm Portuqaliya çempionatı və Çempionlar Liqasının ardından Portuqaliya kubokunda da qol vurmuş oldu. Yayda 12 milyon avroya ''Qalatasaray''dan transfer edilən 26 yaşlı vingerin ''Benfika''da 12-ci rəsmi oyunda göstəricilərini 9 qol, 3 məhsuldar ötürməyə çatdırdığını bildirək. ''Benfika'' növbəti oyununu həftəiçi Çempionlar Liqasında ''Monako''ya qarşı keçirəcək.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta