AZ

Fransız səfir Bakıya “söz atdı”: Qərbi Azərbaycanın xəritəsini yaydı

Fransanın Ermənistandakı səfiri Olivye Dekottini İran ərazisində yerləşən Qərbi Azərbaycan vilayətinin xəritəsini yayıb.

Axar.az xəbər verir ki, Dekottini xəritəni “Tək və yeganə” adı ilə paylaşıb.

Azərbaycana qarşı bütün platformalarda antitəbliğat aparan Fransanın səfiri bununla guya Azərbaycan Respublikasındakı “Qərbi Azərbaycan” termininə qarşı çıxıb. Yəni Qərbi Azərbaycan – yalnız İrandadır.

Qeyd edək ki, Qərbi Azərbaycan – Şimalı Azərbaycanın qərbini – indiki Ermənistanın ərazisini əhatə edən termin kimi istifadə edilir və Azərbaycanın tarixi İrəvan, Göyçə, Vedi, Zəngəzur, Dərələyəz tarixi mahallarını əhatə edir.

İrandakı Qərbi Azərbaycan vilayəti isə Güney Azərbaycan ərazisinin 6 vilayətə bölünməsi nəticəsində yaradılıb.

Seçilən
30
3
axar.az

4Mənbələr