AZ

Saratov vilayətində insanlara atəş açılıb, ölən var

Rusiyanın Saratov vilayətinin Marks şəhərində yol münaqişəsi zamanı atəş açılıb.

Ölkə.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.

“Sokolovski və Kutuzov “Oka” avtomobili ilə Qələbə Parkı yaxınlığında Rubik Akopyanın qara cipini ötməyə çalışıblar. “Land Cruiser”in sürücüsü minik avtomobilini haqlayıb və dava ilə nəticələnən münaqişə yaranıb. Kişi tapançadan Kutuzov və Sokolovskiyə bir neçə dəfə atəş açıb, sonra “Land Cruiser”ini yaxınlıqda qoyaraq qaçıb”, – məlumatda deyilir.

KİV-in məlumatına görə, yaralılardan biri hadisə yerində ölüb, digəri xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, hücum edən Rubik Akopyan hadisə yerindən qaçıb.

Seçilən
23
12
olke.az

10Mənbələr