AZ

Türkiyə Superliqası: “Beşiktaş” öz meydanında “Göztəpə”yə uduzub

Futbol üzrə Türkiyə Superliqasının 13-cü turunda “Beşiktaş” öz meydanında “Göztəpə”yə məğlub olub.

Ölkə.az “Report”a istinadən xəbər verir ki, baş hakim Alper Akarsunun idarə etdiyi matç Tupras Stadionunda baş tutub.

Oyunda hesab erkən açılıb: üçüncü dəqiqədə “Beşiktaş”ın hücumçusu Semih Kılıçsoy Yonas Svenssonun ötürməsini qola çevirib. Doqquzuncu dəqiqədə hesabdakı fərq artıb: Malkom Bokele topu öz qapısına vurub. Lakin cəmi üç dəqiqə sonra kamerunlu müdafiəçi öz səhvini düzəldərək komandasının ilk qoluna imza atıb – 2:1. 32-ci dəqiqədə izmirlilərin müdafiəçisi Taha Altıkardeş yaponiyalı Kuryu Matsukinin ötürməsindən sonra status-kvonu bərpa edib.

Oyunda növbəti qol 82-ci dəqiqədə vurulub: “Çelsi”nin hücumçusu David Fofana “sarı-qırmızılar”ı hesabda irəli çıxarıb. Məhsuldar ötürmənin müəllifi braziliyalı Romulo Kardozo olub. 82-ci dəqiqədə qonaqlar azlıqda qalıblar. Bununla belə, əlavə edilmiş birinci dəqiqədə sloveniyalı Tiyaniç (as. Kardozo) oyunda son nöqtəni qoyub: Beşiktaş – 2, “Göztəpə” – 4.

Beləliklə, eyni sayda (12) oyundan sonra “Göztəpə” 21 xal toplayıb və top fərqinə görə “Beşiktaş”ı geridə qoyaraq 5-ci pilləyə yüksəlib.

Seçilən
14
2
olke.az

3Mənbələr