AZ

İngiltərə Premyer Liqası: Amorimin “Mançester Yunayted”i ilk oyunda heç-heçə ilə kifayətlənib

İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində “İpsviç” “Mançester Yunayted”i qəbul edib.

“Far.Az” xəbər verir ki, baş hakim Entoni Teylorun idarə etdiyi matç “Portman Road” stadionunda baş tutub.

Oyunda hesab erkən açılıb: artıq ikinci dəqiqədə “qırmızı şeytanlar”ın hücumçusu Markus Reşford Amadu Diallonun ötürdüyü topu tək toxunuşla qapıya yönləndirib. 43-cü dəqiqədə hücumçu Omari Hatçinson oyunda tarazlığı bərpa edib və yekun hesabı müəyyənləşdirib – 1:1.

Qeyd edək ki, bu matç “Mançester Yunayted”in baş məşqçisi postuna yeni təyin olunmuş portuqaliyalı mütəxəssis Ruben Amorimin ilk oyunu idi.

Beləliklə, 12 oyundan sonra “İpsviç” doqquz xalla 18-ci pillədə qərarlaşıb. “Mançester Yunayted” isə eyni sayda oyundan sonra 12-ci yerdədir. “Qırmızı şeytanlar”ın aktivində 16 xal var. Turnir cədvəlinin vahid lideri isə “Liverpul”dur (31 xal).

Xatırladaq ki, turun digər qarşılaşmasında “Liverpul” səfərdə “Sauthempton”u yenərək “Mançester Siti” ilə xal fərqini 8-ə çatdırıb.

Seçilən
36
far.az

1Mənbələr