Türkiyənin Antalya vilayətinin hava limanında Rusiyaya məxsus "SSJ-100" təyyarəsi yanıb.
Paralel.az Oxu.Az-a istinadən xəbər verir ki, yanğın Rusiyanın Soçi şəhərindən uçan "Azimut" Hava Yollarına məxsus "Sukhoi Superjet 100-95LR" təyyarəsinin göyərtəsində baş verib.
Hadisə ilə bağlı enmə zolağı bağlanıb.
Məlumata görə, təyyarənin göyərtəsindəki 79 sərnişin təxliyə edilib.