AZ

Yunanıstanda Birgə Magistratura Proqramının məzun günü keçirildi - FOTOLAR

UNEC rektoru Ədalət Muradov Yunanıstanın Qərbi Makedoniya Universiteti ilə birgə magistratura proqramının uğurla davam etdiyini bildirib. Noyabrın 23-də Yunanıstanda təşkil olunan Məzun Günündə 67 məzuna hər iki universitetin rektorunun imzası ilə vahid diplom təqdim edilib.

QHT.az xəbər verir ki, tədbirdə UNEC rektoru professor Ədalət Muradov, Qərbi Makedoniya Universitetinin rektoru professor Theodoros Theodoulidis, Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov, Yunanıstan parlamentinin üzvü Theofanis Papas, Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədli, Qərbi Makedoniyanın qubernator müavini Dimitrious Savvopulos və Kastorianın meri Ioannis Korentsidis iştirak ediblər.

Bu məzun proqramı UNEC-in beynəlxalq əməkdaşlıqlar sahəsindəki uğurlarının, eləcə də Azərbaycan ali təhsil xidmətlərinin Avropa İttifaqına ixracının bir göstəricisidir.

 

Pərvanə Fərhadqızı

Seçilən
59
qht.az

1Mənbələr