AZ

Yer yaxın 30 il ərzində "mini-ayı" itirəcək: elm adamları

Ayın bir parçası ola biləcək asteroid uzaqlaşır və tezliklə Yerin orbitini tərk edəcək.

QHT.az xəbər verir ki, alimlər son iki ayda Yeri müşayiət edən 2024 PT5 adlı asteroidin, ehtimal ki, Aydan qopan bir parça olduğunu düşünürlər. Bu "mini-ay" 2024-cü il noyabrın 25-də Yerdən 3,5 milyon kilometr məsafədə orbitindən ayrılacaq və gələn ilin yanvarında daha yaxın məsafədən - 1,8 milyon kilometrdən keçəcək. NASA asteroidin maraqlı tədqiqat obyekti olduğunu bildirib və onu "Goldstone" radar antenası ilə müşahidə edir. Madridin Komplutens Universitetinin alimləri Raul və Karlos de la Fuente Markos isə asteroidin hərəkətini teleskoplarla izləyir.

Asteroid ilk dəfə avqustda aşkar edilib və sentyabrda Yer ətrafında nal formalı trayektoriya ilə hərəkət etməyə başlayıb. Gələn il qayıdana qədər o, iki dəfə daha sürətli hərəkət edəcək və orbitdə uzun müddət qala bilməyəcək.

 

R.İmanov

Seçilən
29
qht.az

1Mənbələr