AZ

Daha bir ölkə NATO-ya üzv ola bilər

Kipr NATO-ya daxil olmaq niyyətindədir və alyansla yaxınlaşma məsələsi oktyabrın sonunda Kipr Respublikasının Prezidenti Nikos Xristodulides və ABŞ prezidenti Co Bayden arasında keçirilən görüşün əsas mövzusu olub.

Publika.az xəbər verir ki, bu barədə Yunanıstanın "Kathimerini" qəzeti məlumat yayıb.

Nikosiya artıq Vaşinqtondan razılıq alıb və NATO-ya daxil olmaq üçün plan hazırlayıb. ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu addımın əhəmiyyətli perspektivlər açan “qazan-qazan” olacağını qeyd etdi.

Qoşulmama Hərəkatının qurucu üzvü olan Kipr 2004-cü ildə Avropa Birliyinə daxil olduqdan sonra ondan çıxıb.

Seçilən
64
3
publika.az

4Mənbələr