AZ

Bakıya “hücum”a cavab verildi: 3 hədəf var...


“Politico”nun Avropa nəşrində “Azərbaycanın Avropaya qaz qambiti – Rusiya üçün yaxşı xəbərdir” başlıqlı məqaləsi siyasi dairələrdə müzakirələrə səbəb olub. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev yayımlanan dezinformasiyaya tutarlı cavab verərək nəşrdən tələb edib ki, böhtana görə Azərbaycandan üzr istəsin və məqaləni geri çəksin.

Bu, Qərbin media vasitəsi ilə Bakıya qarşı ilk təxribat cəhdi deyil. Daha əvvəllər də müxtəlif dünyaca nüfuzlu KİV-lər heç bir əsası olmayan və sübuta yetirilməyən iddialarla Azərbaycanı hədəfə alıb.

Qərbin informasiya təxribatında əsas hədəf nədir? Bu cür yalan məlumatları yayıb, ardından hansı addımları atmağı hesablayıblar?

Globalinfo.az-a danışan politoloq Əli Mustafayev deyib ki, Qərbin Azərbaycana hücumunun bir neçə səbəbi var:

“Birincisi, erməni faktorudur. Erməni kilsəsi və diaspor Azərbaycanı, hətta ümumilikdə türk millətini özlərinin başlıca düşməni hesab edirlər. Üzdə hər nə qədər sülhpərvər kimi görünsələr də, mənfur və ikiüzlü siyasətlərini yeritməkdən geri durmurlar. Erməni diasporunun Avropa və ABŞ-da çox ciddi təsir imkanları var. Buna görə də Azərbaycana qarşı müxtəlif istiqamətlər üzrə tez-tez təzyiq göstərməyə çalışırlar. Düzdür, bütün cəhdlər uğurlu olmur, amma təkrar-təkrar etmələri əllərindəki resursun nə qədər geniş olduğundan xəbər verir.

İkincisi, Azərbaycanın Cənubi Qafqazda Qərbin diktəsi ilə hərəkət etməməsidir. Qarabağ zəfərindən sonra ölkəmizin beynəlxalq aləmdə mövqeyi daha da güclənib. Qərbə qarşı xüsusilə konyekturaya meyilli xarici siyasət yeritməməyimiz onları qıcıqlandırır.

Üçüncüsü, Rusiya ilə münasibətlərimizdir. Rəsmi Bakı illərdir Qərblə Rusiya arasında daha ölçülü siyasət yeridir. Bu, daha çox Qərbin yanaşmasıdır. İndi isə düşünürlər ki, Qərbin mövqeyi Rusiyanın xeyrinə zəifləyib”.

Ekspert deyib ki, Qərb Bakıya təzyiq edərək mövqelərinin güclənəcəyini düşünür:

“Təbii ki, Qərbin özünün dəyərləri, standartları var. Lakin bütün bunlar bizə rəftarının doğru olduğunu göstərmir. Qərb ilə Bakı arasındakı gərginlik, ya da fikir ayrılıqları fərqli səbəblərdən qaynaqlanır. Vacib məsələlərdən biri də orta dəhlizdir. Bu layihə ABŞ, Almaniya, Fransanın diqqətindədir. Onlar bu və ya başqa formada orta dəhlizdən pay qoparmaq istəyirlər. Azərbaycan isə müstəqil xarici siyasət yeridir. Bu da onları qıcıqlandırır.

Qərb bilir ki, Azərbaycan fərqli regionlarla qonşudur. Məsələn, Mərkəzi Asiya ilə yaxınlığımız xüsusi diqqət çəkir. Qərb istəyir ki, Bakını təsirə salaraq o regiona çıxış əldə etsin. Lakin mövcud üslub və metodla bu məsələ çətin görünür”.



Seçilən
11
1
news24.az

2Mənbələr