AZ

Növbəti 10 ildə ən çox hansı bacarıqlar tələb olunacaq?

Rusiyalı təhsil eksperti Viktoriya Podsuxina yaxın 5-10 ildə hansı bacarıqların tələb olunacağını açıqlayıb.

 
Moderator.az xəbər verir ki, bu barədə gazeta.ru məlumat yayıb.
 
"İlk növbədə, ümumi texniki savad və rəqəmsal bacarıqları qeyd etmək lazımdır ki, bu gün heç bir yüksəkixtisaslı mütəxəssis onsuz keçinə bilməz. Həyatımızda yeni texnologiyaların sayı nə qədər çox olarsa, işəgötürənlər proqramlaşdırma və süni intellektlə işləmək təcrübəsi olan insanları bir o qədər tez-tez işdə görmək istəyəcəklər", - ekspert qeyd edib.
 
Onun fikrincə, əgər yeniyetmə artıq əsas proqramlaşdırma bacarıqlarını, rəqəmsal dizaynı mənimsəyibsə və böyük verilənləri təhlil edirsə, o zaman gələcəkdə daha rəqabətədavamlı olacaq.
 
Həmçinin mütəxəssisin fikrincə, növbəti çox vacib bacarıqlar qrupu tənqidi düşüncə və problem həllinə aiddir.
 
Lakin bütün sahələr üzrə mütəxəssislər ilk növbədə, ünsiyyət bacarıqlarını inkişaf etdirməlidirlər. Eyni zamanda, liderlik qabiliyyətləri da vacibdir.
Seçilən
27
4
moderator.az

5Mənbələr