AZ

Orta Dəhliz Qazaxıstandan Avropaya “yaşıl” ammonyakın nəqli üçün ən əlverişli marşrutdur – “Hyrasia One”nın investisiya direktoru (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Orta Dəhliz Qazaxıstandan Avropa bazarına “yaşıl” ammonyakınnəqli üçün ən əlverişli marşrutdur.

Bu barədə Trend-ə özəl müsahibəsində “Hyrasia One” layihəsinininvestisiya direktoru və “SVEVIND Energy” şirkətinin Qazaxıstandakıregional nümayəndəsi Aynur Tumışeva bildirib.

A.Tumışeva izah edib ki, Almaniyanın “SVEVIND Energy Group”şirkəti tərəfindən Qazaxıstanın Manqistau vilayətində həyatakeçirilən “Hyrasia One” layihəsi “yaşıl” hidrogen istehsalızavodunun inşasını nəzərdə tutur.

“Hyrasia One” layihəsi üzərində artıq üç ildir çalışırıq. Hələerkən mərhələdə olmağımıza baxmayaraq, mühüm irəliləyişlərə nailolmuşuq. “Genesis” konsaltinq şirkəti ilə ilkin layihətədqiqatlarını tamamlamışıq, ekoloji və sosial qiymətləndirmələrəbaşlamışıq və lazım olan icazə və resursların əldə olunmasıprosesindəyik”, – deyə o qeyd edib.

İnvestisiya direktoru vurğulayıb ki, “Hyrasia One” layihəsi“yaşıl” bir təşəbbüsdür və layihə iştirakçıları Dünya Bankı vəAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən müəyyənedilmiş beynəlxalq ekoloji standartlara sadiqdirlər.

Onun sözlərinə görə, hazırda aparılan ekoloji və sosial təsirinqiymətləndirilməsi çərçivəsində biomüxtəliflik, su resurslarınınistifadəsi, arxeoloji tədqiqatlar və quşlar ilə yarasalarınmiqrasiyası kimi aspektlər nəzərə alınır. Bu tələblərə riayət etməklayihənin ən yüksək ekoloji standartlara uyğunluğunu təminedir.

“Layihənin tikintisindən istismarına qədər bütün mərhələlərdəekoloji təsiri minimuma endirməyə çalışırıq. Bu, yalnız maliyyəcəlb etmək üçün deyil, həm də “yaşıl” enerjinin inkişafı üzrəöhdəliklərimizi yerinə yetirmək baxımından vacibdir”, – deyəA.Tumışeva izah edib.

“Hyrasia One” layihəsi çərçivəsində “yaşıl” ammonyakın nəqli iləbağlı logistik işlər də aparılır. Direktorun sözlərinə görə,istehsal olunan “yaşıl” hidrogen daşınmanı asanlaşdırmaq üçünammonyaka çevriləcək.

“Yaşıl ammonyak uzunmüddətli nəql üçün istifadə etdiyimiz enerjidaşıyıcısıdır. Biz tərəfdaşımız “Deutsche Bahn” ilə QazaxıstanıAvropa və Asiya ilə birləşdirən mövcud infrastruktur dəhlizləriniaraşdıraraq, hərtərəfli logistik qiymətləndirmə aparmışıq”, – deyəo bildirib.

A.Tumışevanın sözlərinə görə, “yaşıl” ammonyakın Avropaya nəqliüçün ən əlverişli marşrut Xəzər dənizindən keçərək, Azərbaycanüzərindən keçən Orta Dəhlizdir.

“Orta dəhliz vasitəsilə yaşıl ammonyak nəqlinin texnikiimkanlarını qiymətləndirdik və bunun tamamilə mümkün olduğuqənaətinə gəldik. Burada hər şey Avropadakı alıcılarla uzunmüddətli“al və ya ödə” müqavilələrinin bağlanmasından asılı olacaq.Avropada tələbat olsa, ammonyak böyük ehtimalla Azərbaycanvasitəsilə göndəriləcək”, – deyə A.Tumışeva bildirib.

O əlavə edib ki, layihənin uğuru “yaşıl” ammonyak üçün sabittələbatı təmin edəcək etibarlı müqavilələrin bağlanmasından asılıolacaq, çünki bu, nəqliyyat infrastrukturuna qoyulaninvestisiyaların əsaslandırılmasına imkan verəcək.

A.Tumışeva qeyd edib ki, Qazaxıstanın bərpa olunan enerjimənbələrinə sadiqliyi “Hyrasia One” layihəsinin mühüm elementidir.Ölkə Paris Sazişi çərçivəsində karbon tullantılarının azaldılmasıüzrə iddialı hədəflər qarşısına qoyub. Qazaxıstan 2060-cı ilədəkkarbon neytrallığına nail olmağı və xüsusilə külək və günəşenerjisi sahəsində bərpa olunan enerji layihələrini fəal şəkildəinkişaf etdirməyi planlaşdırır.

“Hazırda bərpa olunan enerji mənbələri Qazaxıstanın milli enerjişəbəkəsində ümumi enerjinin təxminən 6,5 faizini təşkil edir vəhökumət bu göstəricini 2030-cu ilə qədər 15 faizə çatdırmağıhədəfləyir. Qazaxıstanın xüsusilə külək və günəş enerjisi sahəsindəböyük inkişaf potensialı var. Ölkənin coğrafi şəraiti genişmiqyaslıbərpa olunan enerji istehsalı üçün mükəmməl imkanlar yaradır”, –deyə o qeyd edib.

A.Tumışevanın sözlərinə görə, Qazaxıstan yalnız “yaşıl”hidrogenin deyil, həm də “yaşıl” enerjinin regional mərkəzinəçevrilmək potensialına malikdir.

O, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl”enerjinin Avropaya nəqli üçün elektrik ötürücü xəttin yaradılmasıilə bağlı imzalanmış son sazişi xatırladıb.

“Həm Qazaxıstan, həm də Özbəkistan əla külək resurslarınamalikdir və biz artıq iki ildir bu resursların ölçülməsiniaparırıq. Bu şərtlər regionu dünya bərpa olunan enerji bazarındamühüm oyunçuya çevirə bilər”, – deyə o əlavə edib.

A.Tumışeva regionda bərpa olunan enerji sahəsində layihələrininkişafı üçün geniş potensialın olduğunu qeyd edib.

O bildirib ki, “SVEVIND Energy” artıq İsveçin Arktika bölgəsindəAvropanın ən böyük qurudakı külək parkını reallaşdırıb. Lakinhazırda “Hyrasia One” Qazaxıstandan kənarda “SVEVIND”in yeganə“yaşıl” enerji layihəsidir.

“Qazaxıstan və qonşu ölkələrdə külək və günəş enerjisi üçünmövcud olan əla şərtləri nəzərə alaraq, yalnız Qazaxıstan üçündeyil, həm də qonşu ölkələr üçün bərpa olunan enerji sahəsindəgələcək layihələr üçün böyük potensial mövcuddur”, – deyə obildirib.

A.Tumışeva əlavə edib ki, bölgədə daha da genişlənmək üçünuzunmüddətli potensiala baxmayaraq, “SVEVIND”in diqqəti hazırdaəsasən “Hyrasia One” layihəsinə yönəlib.

“Hazırda “Hyrasia One” bu regionda inkişaf etdirdiyimiz yeganəiri layihədir. Lakin aydındır ki, Mərkəzi Asiyanın bütün ərazisiüzrə bərpa olunan enerji mənbələrinə gələcəkdə böyük investisiyaqoyuluşları üçün mühüm potensial mövcuddur”, – deyə ovurğulayıb.

Orta
Orta
Orta
Məqalədə:
Seçilən
43
1
az.trend.az

2Mənbələr