AZ

Tramp 15 000 transgenderi ABŞ ordusundan qovacaq

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp ölkənin silahlı qüvvələrinin bütün transseksual hərbçilərinin işdən çıxarılmasına səbəb olacaq sərəncam imzalamağa hazırlaşır...

Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Times” nəşri məlumat yayıb.

Qeyd edilir ki, ABŞ ordusunun həqiqi hərbi qulluqçuları sıralarında 15 minə yaxın transseksual var və onların tibbi səbəblərə görə xidmətə yararsız kimi tərxis olunması planlaşdırılır. Mənbənin sözlərinə görə, yeni fərman 2018-ci ilin martında Trampın birinci dövründə qəbul edilmiş əvvəlki fərmandan daha sərt olacaq (Bu fərmanı Co Bayden 2021-ci ilin yanvarında ləğv edib). O zaman respublikaçı transseksualların hərbi xidmətə getməsini qadağan etmişdi, lakin artıq xidmət edənlərə hərbi fəaliyyətlərini davam etdirməyə icazə vermişdi. Yeni fərman hətta silahlı qüvvələrdə karyera qurmağı bacaranların da işdən çıxarılmasını təklif edir.

“Orduda döyüşçülərin olmadığı bir vaxtda bu insanlar öz mövqelərini tərk etməyə məcbur olacaqlar. Yalnız Dəniz Korpusu işə qəbul standartlarına cavab verir və bu qərardan təsirlənənlərin bəziləri çox yüksək vəzifələr tutur”, deyə mənbə qeyd edib.

Noyabrın 13-də The Wall Street Journal yazıb ki, Trampın komandası “generalları təmizləmək” üçün hərbi şura yaratmaq üzərində çalışırlar. Nəşrin yazır ki, Tramp sərəncamı təsdiqləsə, liderlik keyfiyyətlərinə malik olmayan general və admiralların işdən çıxarılmasını sürətləndirə bilər.

Poliqon.info

Seçilən
20
2
poliqon.info

8Mənbələr