"Nürnberq"in hücumçusu Mahir Emreli cümə günü ilk dəfə Almaniyanın 2-ci bundesliqasında bir matçda 90 dəqiqə oynadı.
Xatırladaq ki, futbolçunun komandası 13-cü turda "Paderborn"un meydanından məğlub asrıldı - 2:3. Əslində qonaqlar heç-heçəyə çox yaxın idi. Sadəcə, meydan sahibləri 90+6-cı dəqiqədə fərqləndi və qələbə qazandı.
Mahirin son matçdakı performansına gəlincə, indiyə qədər 2-ci bundesliqada üç qol vuran həmvətənimiz məhsuldar ötürmə hesabını da açdı. O, 8-ci dəqiqədə Danilo Suaresin fərqlənməsinə şərait yaratdı ki, komandası hesabı bərabərləşdirdi. Ətraflı desək, Mahir bu oyunda üç dəfə qapıya zərbəylə yadda qaldı. Komanda yoldaşları onun üç ötürməsini dəqiq tamamlasaydı, qol vura bilərdilər. Təkbətək mübarizələrin 87 faizində uğurlu olan hücumçu üç hava duelindən qalib ayrıldı. Bir dəfə əllə oynadı ki, yığdığı ən yüksək sürət 30,9 km/saata çatdı.
Qeyd edək ki, bu göstəricilər "Kicker"ə məxsusdu. Elə həmin nəşr sonuncu matçdan sonra Emrelinin ümumi statistikalarını yeniləyib. Belə ki, onun hava duellərindən qalib ayrılmaq şansı 29 faizdən 20-ə endirilib. Uğurlu driblinqlərində isə artım var: əvvəlki göstərici 30 faiz idisə, bu dəfə 33-ə yüksəlib. Qapıya zərbələrinin sayı 20-di. Mahirin təkbətək mübarizələrdən qalib ayrılmaq ehtimalı 78 faizdi.
Ümumiyyətlə, həmyerlimiz meydana çıxdığı 9 matçda 65 kilometr məsafə qət edib. Emreli hələ ki ən yüksək sürət (33,8 km/saat) və mübarizlik dərəcəsiylə bağlı (33 faiz) irəliləyişə nail olmayıb. Amma son matçda sarı vərəqə almaması onun növbəti oyunda da meydana çıxacağının mümkünlüyündən xəbər verir.
Qeyd edək ki, "Nürnberq" 14-cü turda "Düsseldorf"u qəbul edəcək. Matç dekabrın 1-də keçiriləcək.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta