AZ

Superkompüter İngiltərə Premyer Liqasının qalibini proznoqlaşdırıb

“Liverpul” futbol üzrə İngiltərə Premyer Liqasının cari mövsümünün qalibi olacaq.

“Far.Az” xəbər verir ki, bu, Britaniyanın “Opta” analitika şirkətinin superkompüterinin hesablamaları nəticəsində məlum olub.

Proqnoza görə, “qırmızılar”ın İngiltərə çempionu olma ehtimalı 69,5 %-dir. “Opta” qeyd edib ki, “Mançester Siti”nin bu turdakı məğlubiyyəti, “Liverpul”un isə qələbəsi Arne Slotun komandasının şansını 9,2 % artırıb.

Xosep Qvardiolanın komandasının mövsümü birinci yerdə bitirməsi ehtimalı getdikcə daha da əriyərək 23,3 %-ə düşüb:

“Şəhərlilər”in şansları azalır. 2024-25 mövsüm başlamazdan əvvəl 82,2 %-dən 11-ci tur sonunda 34,3 %-ə düşən göstərici indi “Opta” superkompüterinin son simulyasiyalarında cəmi 23,3 % çempionluq şansına malikdir. Bu, 11,0 % azalma deməkdir”.

Bundan başqa, superkompüter “Arsenal”ın şansını 6,5 % (+1,5 %), “Çelsi”nin isə 0,6 % (+0,3 %) qədər dəyərləndirib.

Şirkət vurğulayıb ki, superkompüter mövsümü 10 000 dəfə modelləşdirir və hər komandanın titulu qazandığı bu simulyasiyaların payını hesablayır.

Seçilən
17
8
far.az

9Mənbələr