AZ

Əsgərlikdən yayınmaq üçün dietoloq yanında getdi - Sürətlə kökələn şəxs cəzalandırıldı

Cənubi Koreyanın paytaxtı Seulda məcburi hərbi xidmətdən yayınamq istəyən 26 yaşlı şəxs cəzalandırılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Dongbu Rayon Məhkəməsi adı açıqlanmayan 26 yaşlı gəncin hərbi xidmət qanununu pozan ittiham aktı üzrə hökm verib.

Məhkəmə sözügedən şəxsin hərbi xidmətə yararsız olmaq üçün dietoloq yanına getməsi və  sürətlə kökəlmək üçün ondan "menyü" aldığının sübut yetirildiyi qənaətinə gəlib: "O, gündəlik qida rasionuna sürətlə kökəldən proteinlər əlavə edib. Beləliklə, o, artıq çəki üzündən 26 yaşınadək hərbi xidmətdən yayınmağı bacarıb".

Məlumata görə, şikayət üzrə o, təqib olunaraq, barəsində faktlar toplanıb: "Məhkəmə ona 2 il həbs cəzası kəsib. Onu hərbi xidmətdən yayındıran dietoloqa isə bir il həbs cəzası verilib".

Firudin Səfərli

MİA.AZ

Seçilən
36
1
mia.az

2Mənbələr