AZ

Pərvin Nəmətov yenidən məhkəmə qarşısında

Xaçmaz rayonunda atasını öldürməkdə təqsirləndirilən Pərvin Nəmətovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Demokrat.az Pravda.az-a istinadənxəbər verir ki,  şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi isə hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

İttihama görə, hadisə 14 may 2022-ci il tarixdə saat 15 radələrində Xaçmaz rayonu Niyazoba kəndi ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Pərvin Nəmətov süfrə başında ailə üzvləri ilə birlikdə nahar edərkən münaqişə zəminində atası Hacıkərim Nəmətovu bıçaqlayaraq qətlə yetirib. Hadisəyə səbəb isə atasının təqsirləndirilən şəxsi danlaması, ona və ailə üzvlərinə qarşı kobud rəftar etməsi olub.

Seçilən
10
4
demokrat.az

5Mənbələr