Avropada havalar soyuduqca qaz ehtiyatları sürətlə azalır.

İndex.az xəbər verir ki, sürətlə tükənən qaz ehtiyatları Avropa üçün yeni enerji böhranından xəbər verir.

Rusiya ilə Ukrayna arasında artan gərginlik bu il qazın qiymətinin təxminən 45% artmasına səbəb olub.

Avropada qaz anbarı ən soyuq dövrlərdə insanların isinməsini təmin edir.

Lakin dondurucu temperatur isitmə tələbini artırdığından bu il ehtiyatlar sürətlə azalır.