"Barselona" polşalı hücumçusu Robert Levandovskinin gələcəyi ilə bağlı qərarını verib.
QOL.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.
Klub rəhbərliyi artıq növbəti mövsümdə də futbolçuya ümid bəslədiklərini bildirib. Qeyd olunur ki, Levandovski ilə yanaşı, daha əvvəl klubdan gedəcəyi gözlənilən müdafiəçi İniqo Martinez də "Barselona"da qalacaq.
Qeyd edək ki, Levandovski bu mövsüm "Barselona"nın heyətində bütün yarışlarda 18 matça çıxıb, 20 qol vurub və 2 qolun ötürməsini verib.