AZ

The Economist: Rusiya Zaporojyeyə hücuma hazırlaşır

Rusiya Zaporojyeyə hücuma hazırlaşır.

Sitat.info xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı Ukrayna kəşfiyyatındakı mənbəyə istinadən yazıb.

“Ukrayna nümayəndəsi xəbərdarlıq edir ki, yaxın vaxtlarda 130 000 Rusiya əsgəri döyüşə atıla bilər. Bunun nə vaxt baş verəcəyini heç kim bilmir. Ölkədə qalan üç ağır sənaye mərkəzindən biri olaraq, vilayət mərkəzi Ukraynanın yaşaması üçün kritik əhəmiyyət daşıyır”, – məqalədə qeyd olunur.

Eyni zamanda, nəşrin bildirdiyinə görə, Ukrayna Zaporojye vilayətində istehkamlar qurur.

“Yeni istehkamlar vilayət mərkəzindən yayılan həlqələr şəklində tikilir. İş əsaslı şəkildə aparılır – qonşu Donetsk vilayətindəki daha xaotik mənzərədən fərqli olaraq mina sahələri, mühəndis maneələri və beton və dəmir konstruksiyalar hazırlanır”, – materiallarda bildirilir./Report

Seçilən
12
6
sitat.info

7Mənbələr