AZ

Agentlik yeni il tədbiri keçirəcək - TENDER ELAN EDİLDİ

Minatəmizləmə Agentliyi açıq tender elan edir.

Agentlik tədbirlərin təşkili ilə bağlı 912 min manatlıq tenderə - YEKUN VURDU

FED.az xəbər verir ki, elanda yeni il korporativ tədbirinin təşkili xidməti  nəzərdə tutulub.

Müsabiqədə iştirak haqqı 119 manat təşkil edir.

Satınalan təşkilatın VÖEN-i: 1400163961

Satınalan təşkilatın ünvanı: AZ1108, Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260

Ehtimal olunan qiymət: 59.442,50 AZN

Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 23.11.2024 21:56

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 16.12.2024 15:00

Zərflərin açılış tarixi və vaxtı: 16.12.2024 15:00

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Fuad Əfəndiyev, Böyük mütəxəssis

Email : [email protected]

Əlaqə telefonu : (+994) 55 710 17 00

Başlıq

Açıqlama

Miqdar

Ölçü vahidi

1

Restoranda furşetin (açıq bufet) təşkili

Təchizatçı tərəfindən təklif edilmiş məkanda (JW Mariott, Mariott Bulvar Hotel, Fairmont Flame Towers, Four Season, Hilton, Hyatt Regency hotellərində yerləşən restoran və zallarda, habelə şəhərin mərkəzində yerləşən və konsepsiyaya uyğun digər restoranlarda) furşetin (açıq bufet) təşkili. Tədbir 2024-cü ilin 25-30 dekabr tarixləri aralığında təqvim günlərinin birində (bazar günü xaric) saat 19:00-dan başlayaraq saat 00:00-dək təşkil edilməlidir. Furşetin (açıq bufet) menyusu 3 pozisiyadan ibarət olmalıdır: 1) soyuq qəlyanaltı və salatlar – 10 çeşid 2) isti yeməklər – 6 çeşid (milli və avropa mətbəxi) 3) İçkilər • Alkoqolsuz içkilər: Cola, Fanta, Sprite, təbii şirələr, çay, kofe; • Alkoqollu içkilər: Çaxırlar: Meysəri (və ya Savalan) ağ, Meysəri (və ya Savalan) yarı quru, Meysəri (və ya Savalan) quru; Pivələr: Efes, Corona, Erdinger, Paulaner. Spirtli içkilər sertifikatlı olmalıdır.

300

nəfər

2

Foto və video çəkiliş, ultra full HD

Tədbir müddətində foto və video çəkiliş işləri aparılmalıdır. Video və foto çəkiliş üçün operator, avadanlıqlar və ləvazimatlar daxil olmaqla. Video və foto çəkilişlə əlaqədar bütün foto və videoların montajı daxil. Materiallar tam hazır şəkildə satınalan təşkilata təhvil verilməlidir

5

adam-saat

3

Aparıcının təşkili

Tədbir zamanı konkursların və oyunların təşkili üçün bütün tədbir müddəti üçün aparıcının təşkili (1 nəfər)

5

adam-saat

4

Restoranda tədbir zamanı DJ təşkili

Həm yerli, həm xarici repertuarda mahnılar seçilməlidir (tədbir müddətində).

1

dəst

5

Səs sisteminin təşkili

Tədbirin keçirildiyi müddət ərzində səs sisteminin təşkil edilməsi, nəzarətin aparılması və texniki dəstəyin göstərilməsi.

1

dəst

6

Monitor Led (5x4 m) təşkili

Xüsusi listlərdən yığılmış 5x4m ölçüdə qapalı məkan üçün Led monitor. Monitor server üzərindən idarə oluna bilməlidir. 1 nəfər operator nəzərə alınmalıdır.

1

dəst

7

Tort

Yeni il və satınalan təşkilatın konsepsiyasına uyğun olaraq tort hazırlanmalıdır. Tortun dizaynı təchizatçı tərəfindən təklif edilərək Satınalan təşkilat ilə razılaşdırılmalıdır (300 nəfərlik)

1

ədəd

Seçilən
17
fed.az

1Mənbələr