AZ

Antalyada eniş edərkən alovlanan təyyarənin sərnişinləri qrup davası açıb

Antalyada eniş zamanı yanan Soçi təyyarəsinin sərnişinləri Azimut Hava Yollarına qarşı qrup iddiası qaldırıblar.

“Hazırda başımıza gələnlərə görə “Azimut” şirkətini məhkəməyə veririk. Və kəskin eniş oldu, zərbə oldu və bir dəqiqə ərzində təyyarə alovlandı”, – sərnişinlərdən biri “İzvestiya”ya bildirib.

Zərərçəkənlər dəm qazı ilə nəfəs aldıqlarını qeyd ediblər.

Daha əvvəl bildirilmişdi ki, “Azimut” aviaşirkətinə məxsus “Sukhoi Superjet 100” təyyarəsinin Antalya hava limanına eniş edərkən mühərriki yanıb.

Rusiyaya məxsus Superjet 100 təyyarəsinin Antalyada kobud enişinə səbəb küləyin sürüşməsi olub.

DOĞRU.AZ

Seçilən
29
dogru.az

1Mənbələr