AZ

Təyyarə ikimərtəbəli evin üzərinə düşdü, güclü yanğın başladı

Litvanın paytaxtı Vilnüs şəhərində yük təyyarəsi ikimərtəbəli evin üzərinə düşüb. 

Söz.az xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.

İlkin məlumata görə, təyyarədə iki pilot və iki çatdırılma şirkətinin əməkdaşı olub.

Litvanın LRT radiosu çatdırılma xidməti podratçısı DHL-ə məxsus təyyarənin Leypsiqdən hava qalxdığı bildirib. Xilasedicilər ən azı bir pilotu təyyarədən sağ çıxara biliblər.

O, huşunu itirib və xəstəxanaya aparılıb. Digər zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. 

Binada güclü yanğın başlayıb.

Xilasedicilər yanğını söndürməyə çalışır.


Seçilən
27
news24.az

1Mənbələr