AZ

Nazirlik qalmaqallı dərman şirkətini  niyə cəzalandırdı?

Nazirlik Nazirlik qalmaqallı dərman şirkətini

Əczaçılıq fəaliyyəti ilə məşğul olan “Murad-Farm” MMC məcburi auditdən yayındığına görə cərimələnib.

E-saglam.az xəbər verir ki, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.  

Qeyd edək ki, “Murad-Farm” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Rəsmi məlumata görə, 2015-ci ildə şirkətə məxsus aptekdə yoxlama zamanı dövlət qeydiyyatına alınmayan 46 adda dərman preparatı aşkarlanaraq müsadirə edilib və reseptsiz dərman satışı faktı aşkarlanıb. Buna görə də həmin vaxt Səhiyyə Nazirliyi tərəfindən “Murad-Farm” MMC-yə pərakəndə satış əczaçılıq fəaliyyətinə verilən xüsusi razılığın (lisenziyanın) fəaliyyəti dayandırılıb. Amma sonradan bu lisenziya bərpa edilib.

© iqtisadiyyat.az

E-saglam.az

Seçilən
9
e-saglam.az

1Mənbələr