AZ

Bosch işçilərinin iş saatlarını və maaşları azaltmaq qərarına gəlib -Şirkət 5500 nəfəri də ixtisar edəcək

Almaniyanın avtomobil sənayesi zəif tələbat və daha sərfəli məhsullar təklif edən çinli şirkətlərin rəqabəti səbəbindən çətin dövrlərdən keçir.

Marja.az xəbər verir ki, bu çətinliklərdən əziyyət çəkən şirkətlərdən biri də Bosch-dur. Bosch, 10 000 işçinin iş saatlarını azaldacağını açıqlayıb. Beləliklə, saatlıq maaşlar da azaldılacaq. Bulardan başqa, Şirkət 5550 nəfəri işdən çıxaracağını da açıqlayıb.

Şirkətin sözçüsü "dpa" xəbər agentliyinin məlumatını təsdiqləyən açıqlamasında deyib: "Almaniyadakı obyektlərdə əsasən 38 və ya 40 saatlıq müqavilə əsasında işləyən işçilərin iş saatları 35 saata endiriləcək".

Alman avtomobil sənayesi sarsılıb

Almaniyanın avtomobil sənayesindəki yavaşlama - zavodları bağlamaq planlarına görə işçilərlə problem yaşayan Volkswagen-i və daha sərt xərclər azaltmağı vəd edən Mercedes-i də sarsıdıb.

Bosch
Seçilən
9
1
marja.az

2Mənbələr