AZ

Bakıda əmisini ov tüfəngi ilə öldürən şəxs kassasiya şikayəti verdi

Ali Məhkəmədə əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən Elməddin Fətəliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası noyabrın 28-nə təyin edilib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, E.Fətullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2023-cü ilin oktyabrında Xətai rayonu, NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində qeydə alınıb. İstintaqla müəyyən edilib ki, 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin aralarında yaranmış mübahisə zamanı əmisi, 1971-ci il təvəllüdlü Arif Fətəliyevi ov silahından bir dəfə atəş açaraq qəsdən öldürüb. E.Fətullayev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

 

Tarix: 25 Noyabr 2024, 09:47   
Seçilən
15
pravda.az

1Mənbələr