AZ

Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsi ŞƏRH

Şanlı qələbəmizdən sonra işğaldan azad olunan torpaqlara yeni nəfəs gəldi, qədim torpaqlarımızda yenidən həyat bərpa olundu. İlk vaxtlardan Prezident İlham Əliyev həmin rayonlara səfərlər edərək vəziyyətə birbaşa özü nəzarət etdi. Əsas məqsəd bölgənin iqtisadi potensialını artırmaq, yerli və xarici investitorları bərpa-quruculuq işlərinə cəlb etmək oldu.
Kəlbəcər rayonunun bərpası Qarabağın inkişafında xüsusi əhəmiyyət daşıyır. Kəlbəcərin Baş planı artıq təsdiq olunub. Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək.

Neva Abdurahmanova,
YAP Qusar rayon təşkilatının sədr müavini

Seçilən
12
1
sesqazeti.az

2Mənbələr