AZ

Sağ zolağı bəyənməyən sürücü sola keçib maneə yaratdı - VİDEO

Yolun hərəkət hissəsində yerləşmə qaydasını pozan sürücü maneə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 11-də, Bakı-Ələt yolunda baş verib.

Belə ki, 50-CV-720 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü sağ zolaq boş olduğu halda həmin zolaqla hərəkət etməyib. O, dönmə işığı yandırmadan orta zolağa keçərək arxadan gələn avtomobilin hərəkətinə maneə yaradıb.

"Yol hərəkəti haqqında" qanunun 49-cu maddəsində qeyd olunub ki, yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır.

Bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Könül Rauf

Seçilən
14
avtosfer.az

1Mənbələr