İspaniyanın “Barselona” klubunun futbolçusu Ansu Fati karyerasını İtaliyada davam etdirə bilər.
Msport.az xarici mətbuata istinadən xəbər verir ki, vingerin xidmətində “Milan” maraqlıdır.
Ansu Rafael Leaonun “Barselona”ya gözlənilən transferi çərçivəsində A seriyası klubuna keçməsi mümkündür.
Qeyd edək ki, Fatinin İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.