Rusiyada dolların məzənnəsi artmaqda davam edir.
Publika.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə noyabrın 25-də dolların məzənnəsi 102,58 rubl müəyfən edilib ki, bu da 2022-ci ilin martından bəri ən yüksək qiymətdir.
Bir gün ərzində ABŞ valyutası təqribən 2 rubl bahalaşıb, eyni zamanda avronun da məzənnəsi artmaqdadır. Avronun məzənnəsi 1,5 rubl artaraq 107,43 rubla çatıb ki, bu da 2022-ci ilin martından bu yana rekord səviyyədir. Çin yuanının məzənnəsi 13,94 rubla yüksəlib.