AZ

Trampın köməkçisi Ukraynadakı münaqişəni Birinci Dünya Müharibəsinə bənzədib

Hazırkı prezident Co Baydenin Ukraynaya piyada əleyhinə minalar ötürmək qərarı münaqişəni Birinci Dünya Müharibəsinə bənzər səngər müharibəsinə çevirəcək.

Editor.az Fox News-a istinadla xəbər verir ki, bunu  ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mike Waltz deyib.

O, həmçinin əmin edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyası 2025-ci ilin yanvarında vəzifəyə gəldiyi vaxtdan Ukrayna münaqişəsini həll etməyə çalışacaq. Onun fikrincə, Avropa ölkələri danışıqlar prosesinin “əsas hissəsinə” çevrilməlidir: “Bu yük ABŞ-ın bütün müttəfiqləri və tərəfdaşları tərəfindən daşınmalıdır”.

O, həmçinin vurğulayıb ki, Donald Tramp Ukraynada münaqişənin genişlənməsi və inkişafından çox narahatdır. Vals bildirib ki, münaqişə məsuliyyətlə başa çatdırılmalıdır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
6
editor.az

1Mənbələr