AZ

Gənc çinli qadınlar gəzmək üçün Rusiyanı seçirlər

Yazını böyüt
Yazını kiçilt

Rusiyadakı çinli turistlər pandemiyadan əvvəlki ilə müqayisədə ölkəyə daha çox maraq göstərirlər.

Hafta.az-ın “Prime” agentliyinin xəbərinə istinadən yazdığına görə, çinli turistlərin adambaşına orta hesabla xərci 130 min rubl, yəni 1260 dollar təşkil edir. Əsasən Sankt-Peterburq və Moskvaya üstünlük verən turistlər getdikcə daha çox Soçi və Kazan kimi yeni istiqamətlərə üz tuturlar.

Beynəlxalq Turizmin İnkişafı Mərkəzinin direktoru Yuliya Maksutova bildirib ki, çinli turistlərin əksəriyyəti 35-45 yaşlı, yüksək gəlir səviyyəsinə malik və yaxşı təhsilli şəhər qadınlarıdır. Yaşı 50-dən yuxarı olan turistlər arasında ailəvi səfərlərlə yanaşı, qrup turlarına və sovet tarixinə maraq davam edir.

Çinli turistlərin xərclərinin böyük hissəsi yerləşdirmə və alış-verişdən ibarətdir. Mədəni-tarixi turlar, ekoloji səyahətlər və işgüzar turizm populyarlıq qazansa da, yaşlı turistlər arasında SSRİ tarixinə aid “qırmızı turizm” kimi tanınan turlar seçilir. Çinlilər daha çox üç və dörd ulduzlu otellərə üstünlük versələr də, dil dəstəyi, internetə çıxış, öz ödəniş sistemlərinin mövcudluğu və Asiya mətbəxinə uyğun yemək seçimləri mühüm tələblər sırasındadır. Yeni marşrutlar arasında Murmansk, Baykal gölü və Nijni Novqorod kimi istiqamətlərə də maraq sürətlə artır.

Rusiya Federal Sərhəd Xidmətinin məlumatına görə, 2023-cü ilin ilk doqquz ayında Rusiyaya ən çox turist göndərən ölkə Çin olub. Bu müddət ərzində ölkəyə 731900 çinli turist gəlib. Çinli turistlər adətən səyahətlərini onlayn xidmətlər vasitəsilə təşkil edir və səyahət tarixindən 11 gün əvvəl rezervasiya edirlər. Orta ziyarət müddəti 5 ilə 10 gün arasında dəyişir.

Seçilən
11
hafta.az

1Mənbələr