Müəllif: Gülnar Əhmədli, Banco.az
Hindistan bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 729 milyon 796 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 87 milyon 633 min dollar və ya 10,7% azdır.
Hesabat dövründə Hindistanın idxal etdiyi neftin həcmi illik müqayisədə 14,7% azalaraq 1,2 milyon ton olub.
Qeyd edək ki, bu dövrdə Hindistan Azərbaycanın xam neft ixrac etdiyi 4-cü ölkə olub. Ötən ilin eyni dövründə Hindistan Azərbaycanın ən çox neft ixrac etdiyi 3-cü ölkə idi.