Rumıniyada keçirilən prezident seçkilərində ultramillətçi namizəd Kelin Georgesku öndədir, hazırkı baş nazir Marsel Çiolaku isə ikinci yerdədir.
Publika.az xəbər verir ki, bu barədə Rumıniya Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.
Qeyd edək ki, Georgeskunun qələbəsi proqnozların əksinə baş verib. Xüsusilə, INSCOP sorğu şirkəti tərəfindən aparılan sorğu göstərib ki, prezident seçkiləri ərəfəsində keçirilən sorğuda Rumıniyanın baş naziri, solçu Marsel Ciolaku və müxalifətdə olan ifrat sağçı AUR partiyasının sədri George Simion liderdirlər və buna görə də, onların ikinci turda qarşılaşacağı proqnozlaşdırılırdı.
Rumıniyanın aparıcı müxalifət partiyası, Vətəndaşları Xilasetmə İttifaqının (USR) sədri, hazırda ikinci yer uğrunda Ciolaku ilə mübarizə aparan Yelena Laskoni qərbyönlü, Ukraynayönlü liberaldır.
Ekspertlər hesab edirdilər ki, Georgesku və Laskoni ikinci tura çıxsa, seçkilər geosiyasi qarşıdurmaya çevriləcək - rusiyayönlü namizədin rəqibi Rumıniyada bütün seçiciləri birləşdirib qalib gələ bilər.
Beləliklə, 99,65% səs hesablamalarına görə, səsvermənin nəticələri belədir:
Kelin Georgescu 22,86%;
Marsel Çiolaku – 19,22%;
Yelena Laskoni – 19,13%;
Djordje Simion – 13,87%;
Nikolae Ciuca – 8,81%;