1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gündən COP29 zolaqları qüvvədən düşüb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) məlumat verilib.
Qeyd olunub ki, COP29 tədbiri müddətində zolaqlarda olan 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işləri icra edilib. Yol nişanları çıxarılan bütün COP29 zolaqları artıq qüvvədən düşmüş hesab olunur.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) nəqliyyat təminatı çərçivəsində təşkil olunmuş COP29 xüsusi hərəkət zolaqları nəqliyyat əməliyyatlarının səmərəli təşkilinə, tədbir iştirakçılarının maneəsiz, təhlükəsiz və zamanında tədbir məkanlarına çatmasına şərait yaradıb. Ümumi olaraq tədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyata keçirilib.
Əzizə İsmayılova