AZ

Erməni hərbçi vətənini 150 dollara satıbmış

Son 4 ildə Ermənistanda dövlətə xəyanət ittihamı ilə 6 hökm çıxarılıb.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, onlardan biri 17 il həbs cəzasına məhkum edilmiş çağırışçı əsgərdir. O, xarici xüsusi xidmət orqanlarına xidməti nəticəsində əldə etdiyi məlumatları cəmi 150 dollara təhvil verib. Belə ki, döyüş mövqeyində olan şəxslərin xüsusi xidmət orqanının əməkdaşına videozəng etməsi, döyüş mövqeyinin quruluşunu və silahlandırılmasını müşahidə etmək imkanı verən hallar olub.

Casusluq ittihamı ilə bağlı ilk hökm bir neçə gün əvvəl verilib. 

Məlum olub ki, o, 2020-ci ildə Sərxan ləqəbi ilə işə götürülüb. O, Qarabağda keçirilən antitterror əməliyyatından  sonra xüsusi xidmət əməkdaşının göstərişi ilə Ermənistana qayıtmaqdan imtina edib.

Ağarza Elçinoğlu 

Seçilən
7
unikal.az

1Mənbələr