AZ

İsrail mediası: “Minlərlə İsrail vətəndaşının məlumatları İranın əlinə keçib” 

Vətəninfo.az xəbər verir ki, dünən “İsrael Hayom” qəzeti xəbər verib ki, İran minlərlə israillinin, o cümlədən bu ölkənin təhlükəsizlik xidmətinin yüksək vəzifəli şəxslərinin şəxsi məlumatlarını əldə edib. Bu məlumatlar İrana sözügedən şəxslərin davranışlarını və gələcək planlarını izləməyə və lazımi anda onlara zərbə vurmağa imkan verir.
Bildirilib ki, İranın kəşfiyyat orqanları həm İsraili daxilində, həm də sərhədlərdən kənarda minlərlə israilli haqqında məlumat toplayıb. Qəzetdə qeyd olunub ki, son bir neçə həftə ərzində İranın kəşfiyyat xidmətləri İsrail daxilində casusları əməkdadşlığıa cəlb edib və onların bəzilərinə artıq xüsusi əməliyyat göstərişi də verilib.

Seçilən
14
5
veteninfo.az

6Mənbələr