AZ

Rusiya təhdid etdi – “Bu addımınız cavabsız qalmayacaq”

Cənubi Koreyanın Ukraynaya silah tədarükü Seul və Moskva arasındakı münasibətləri tamamilə pozacaq, Rusiya buna lazım olan bütün vasitələrlə cavab verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Seul anlamalıdır ki, Cənubi Koreya silahlarının Rusiya vətəndaşlarının öldürülməsi üçün mümkün istifadəsi ölkələrimiz arasındakı münasibətləri tamamilə məhv edəcək. Əlbəttə, biz buna lazım bildiyimiz bütün vasitələrlə cavab verəcəyik. Bu isə böyük ehtimalla Koreya Respublikasının öz təhlükəsizliyini gücləndirməyəcək”, – deyə Rudenko qeyd edib.


Müəllif: Qənirə Süleymanova
Seçilən
5
teleqraf.com

1Mənbələr