ABŞ-nin maliyyə naziri postuna namizədi Skott Bessent Trampın vergi endirimləri və tarif öhdəliklərini yerinə yetirməyə diqqət yetirəcəyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Donald Trampın Maliyyə Nazirliyi üçün seçdiyi Skott Bessent "Wall Street Journal"-dakı açıqlamasında diqqətini Trampın vergi endirimləri və tarif öhdəliklərinin yerinə yetirilməsinə yönəldəcəyini bildirib.
Skott Bessent tariflərin tətbiqinin və xərclərin azaldılmasının da diqqət mərkəzində olacağını söyləyib, lakin geniş məlumat verməyib.
Bundan əlavə, təcrübəli hedc fond meneceri "dolların dünya ehtiyat valyutası statusunu saxlamaq" üçün çalışacağını bildirib.
Qeyd edək ki, Tramp Çin mallarına 60 faiz rüsum tətbiq etməklə hədələmişdi.
Skott Bessentin seçilməsi, investorların Trampın qayıdışının qlobal bazarlarda sarsıntılara səbəb olacağına dair ehtimallarını azaltmasıyla, bütün dünya valyutalarında dollara qarşı yüksəlişə səbəb oldu.