AZ

Odun sobasından qığılcım düşdü, 23 yaşlı qız yandı

Oğuzda gənc qız yanıq xəsarətləri alıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü kənd sakini Nərmin Şaiq qızı Hüseynzadə evdə 2-ci dərəcəli termiki yanıq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, hadisə mənzildəki odun sobasından düşən qığılcımdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
18
2
qafqazinfo.az

6Mənbələr