Türkiyənin əksər hissəsinə təsir edən qar yağması və əlverişsiz hava şəraiti səbəbindən bəzi əyalət və rayonlarda bu gün təhsil dayandırılıb.
"Cebheinfo.az" xəbər verir ki, dünən gecə saat 21.00-dan etibarən qar, çovğun, buzlanma və fırtına səbəbiylə Kayseri, Niğde, Nevşehir, Bolu, Gümüşhane, Bayburt, Yozgat, Tokat, Sivas, Kahramanmaraş, Ərzincan, Kırşehir, Kastamonu, Karaman, Malatya, Aksaray və Düzce, Ərzurumda məktəblər 25 noyabr günü bağlı elan edilib.
Ordunun qar və buzlanmanın təsirli olduğu Akkuş, Aybastı, Çamaş, Çatalpınar, Çaybaşı, Gölköy, Gürgentəpə, İkizce, Kabadüz, Kabataş, Korqan, Kumru, Mesudiye və Ulubey rayonlarında, Aslancami, Göykçeli, Hatiplidə isə bütün məktəblərdə Fatsa rayonundakı Ilıca, İslamdağ və Demirci məhəllələrindəki məktəblərdə də bu gün təhsil olmayacaq. Adananın rayonlarından biri olan Pozantıda qar, Tufanbəylidə isə qar və buzlanma ehtimalı səbəbindən təhsil dayandırılıb.
Giresunun Alucra, Çamoluk, Şebinkarahisar və Dərəli rayonlarında qar yağması və buzlanma riski səbəbindən bu gün bütün təhsil pillələrində, Giresun mərkəzi və Espiye rayonlarındakı kənd məktəbləri bağlanacaq. Sabah Samsunun Asarcık və Karabükün Eflani rayonlarında yağan qar səbəbindən məktəblər bağlanıb.
Ərzurumun Əziziyə, Palandöken və Yakutiye rayonlarında ibtidai və orta məktəblərdə təhsil bir gün müddətinə dayandırılıb. Konyanın Doğanhisar, Kadınhanı, Sarayönü, Hadim, Dərbənd, Cihanbəyli, Halkapınar, Karapınar, Bozkır, Emirqazi, Ereğli və Altınekin rayonlarında da təhsil dayandırılıb. Digər tərəfdən, qar yağması səbəbilə sabah Karabük şəhər mərkəzi ilə Eflanidən başqa digər qəsəbələr, Sinop və Çankırı vilayətləri, Sakaryanın Akyazı və Samsunun Havza qəsəbəsində məktəb servisi də dayandırılıb.