AZ

Atası Neymarın gələcəyindən danışdı

“Əl-Hilal”ın hücumçusu Neymarın atası Neymar da Silva Santos futbolçunun gələcəyi ilə danışıb. 

“Qafqazinfo” “AS” nəşrinə istinadən xəbər verir ki, o, oğlunun karyerasının planlı olmadığını bildirib:

“Nə olacağını görəcəyik. Biz heç vaxt heç nə planlaşdırmamışıq. Yeganə plan “Barselona”ya getmək idi. Qalan hər şey təsadüfən oldu. PSJ çılğın bir ideya idi, elə “Əl-Hilal” da. Transfer bazarı Neymarın zədəsini sağaltmağını gözləyir. Oğlum bu dəfə mütləq geri dönəcək. Onun 2025-ci ilə qədər “Əl-Hilal”la müqaviləsi var. Biz hələ heç nə bilmirik”.

Xatırladaq ki, Neymar 2023-cü ilin avqustunda “Əl-Hilal” a keçib. Braziliyalı futbolçu bir illik zədədən sağaldıqdan sonra yenidən 1,5 aylıq sıradan çıxıb. 

"Cebheinfo.az"

Seçilən
11
3
cebheinfo.az

6Mənbələr