AZ

İlon Maskdan Ukraynanın enerji xərclərinə audit tələb olunur- ÖZƏL

Olaylar.az xəbər verir ki, kiyevli jurnalist Diana Pançenko amerikalı iş adamı İlon Maskdan Ukraynanın enerji sahəsinə ayrılan vəsaitlərin auditini aparmağı xahiş edib. Pançenko sosial şəbəkə hesabında bildirib ki, Ukraynanın enerji təhlükəsizliyi üçün 4 milyard dollar xərclənib və Rusiya zərbələrindən sonra əlavə 2 milyard dolların silinməsi planlaşdırılır.

O, Ukraynanın enerji təhlükəsizliyinə cavabdeh təyin olunan Mustafa Nayemi ABŞ investoru Corc Sorosun təsiri altında olan şəxs kimi təqdim edib. Jurnalist qeyd edib ki, Nayem 2013-cü ildəki Euromaydan hadisələrində mühüm rol oynayıb.

Məlumata görə, Ukraynanın enerji infrastrukturunun təxminən 80%-i zədələnib və ölkə ciddi qış soyuqları ilə üzləşə bilər. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Ukraynada bəzi oliqarxlarla əlaqəli şirkətlərə, xüsusən DTEK enerji operatoruna maliyyə dəstəyi göstərməkdən imtina edib.

Pançenkonun açıqlamaları İlon Maskın Ukraynaya dair mövqeyinə marağı artırıb və gələcəkdə Maskın enerji sahəsində audit aparıb-aparmayacağı sual doğurur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr