Baydenin gedərayaqda Ukraynaya daha müasir, daha güclü və daha çox sayda silahların verilməsi müsbət hadisə olsa da, insanlarda haqlı olaraq məntiqli sual yaranır: bunu əvvəl etmək olmaz idi?
Rusiya Ukraynaya hücum edəndən və Ukraynanın savaşmağa hazır və qadir olduğu bəlli olandan sonra demokratların strateqləri Rusiyaya qarşı siyasi-iqtisadi savaş planını hazırladılar. Plana uyğun olaraq Rusiyanın "dişlərinin sındırılması" 2 ilə nəzərdə tutulurdu. Amma və lakin müəyyən səbəblərdən 2 il yetmədi, bu səbəblər hansılardır?
- Sanskiyaların Rusiya iqtisadiyyatına təsirlərinin düzgün hesablanmaması. Rusiya iqtisadiyyatı göstərdi ki, o, sanksiyalardan yayına bilir və ABŞ sanksiyaların tətbiqi mexanizmini hazırlasa da, sanksiyalardan yayınmağın qarşısını alma mexanizmini hələ də hazırlamamışdı. Bayden bu prosesə başlamışdı(gec başladı), amma vaxtı çatmadı.
- Rusiyanın səfərbərlik potensialının düzgün qiymətləndirilməməsi.
- Ukraynanın əks-hücumunun uğurlu olmaması.
- Tramp və respublikaçıların ABŞ-ın daxilində kəskin anti-Ukrayna mövqeyi səbəbindən demokratların bir çox məsələlərdə əllərinin bağlı olması.
Bunları görəndən sonra Ağ Ev yeni savaş strateqiyasının tətbiqilə məşğul oldu: "qurbağanı qaynar suda boğmaq".
Putinin seçdiyi strategiyanın Baydenin seçdiyi strategiyalar arasında ən əsas ortaq amil var idi: zaman. Və elə belə deyil idi ki, Bayden dəfələrlə deyirdi, Putin gözləyir (Trampın qələbəsini), amma gözləntiləri puç olacaq (Bayden yanıldı). Bu, Baydenin birinci səhviydi, əgər "qurbağanı qaynar suda boğmaq" strategiyasının seçirsənsə, 2-ci müddətdə seçkilərdə qələbəndə əmin olmalıydın, əmin deyil idinsə, deməli 2 il ərzində Rusiyanı məğlub etmək üçün ABŞ-ın bütün resurslarını ortaya qoymalı idin.
Putinə 2022-2023-cü illərdə hava-su kimi vaxtı uzatmaq lazım idi və cəbhədə davamlı uğursuzluqlar ölkənin daxilində həm siyasi, həm hərbi, həm də iqtisadi risklər yaradırdı. Putin, bu gün olduğu kimi, nüvə şantajına başladı və Bayden administrasiyası bu şantajı "yedi". Məhz nüvə şantajı Ağ Evin "qurbağanı qaynar suda boğmaq" strateqiyasına keçidin əsas amili oldu(tək o deyil idi, amma əsas idi). Bu da səhv idi, niyə? Yuxarıda yazdığımıza görə, "long game"(uzun oyun) oynamağa başlayırsansa, 2-cü müddətə seçilməyində əmin olmalısan.
Bu yazıda Baydeni qınamaq fikrində deyiləm, ən azı ona görə ki, yuxarıda sadaladıqlarımın "səhv" olmasını şərtləndirən demokratların seçkilərdə məğlubiyyəti oldu. Seçkilərdə qələbə təqdirdə bunlar heç də səhv olmaz idi və "long game" öz bəhrəsini verəcək idi.
Bu yazını "niyə Bayden indi verir, əvvəl niyə vermirdi" sualına cavab olaraq yazdım. İndi ona görə verir ki, strategiya dəyişəcək deyə, tez bazar nələri var nələri yoxdur Ukraynaya verilsin, danışıqlar ərəfəsində Ukrayna güclü mövqelərdə olsun.
Ukrayna əbəs yerə müqavimət göstərmir və hər şey əbəs deyil idi.
Hər xalq öz müstəqilliyinin, demokratiyasının qiymətini ödəyir, kimsə daha çox, kimsə daha az, ABŞ və Fransanın bu yolda hansı təlatümlərdən, müharibələrdən keçdiyini xatırlaya bilərik.
Bu xalq, 100 minlərlə insanın qanı, həyatı bahasına öz müstəqilliyinin bünövrəsini qoyur. Gələcək nəsillərin azad, firəvan yaşaması üçün.
Kamran Cəfərov
visiontv.az