AZ

Dünya tarixi Bakı nailiyyətinə şahid oldu!

Keçən həftə ölkəmiz beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etdi və dünya tarixi Bakı nailiyyətinə şahid oldu!

Biz ilk dəfə idi ki, bu həcmdə və bu mürəkkəblikdə bir tədbirə ev sahibliyi edirdik. Özüdə təkcə ev sahibliyi deyil, həm də bu tədbirə rəhbərlik edir, müxtəlif tərəflərin uzlaşmasına çalışırdık. Biz həm də eyni zamanda ilk dəfə idi ki, bu cür kooordinasiya edilmiş təhrif və böhtan kampaniyası ilə üz-üzə gəlirdik.

Amma Azərbaycan dövləti bütün bu sınaqlardan üzü ağ çıxdı. Dünyaya məsuliyyətli liderliyin, çoxsaylı çağırışlarla uğurlu mübarizəsin nümunəsini göstərdi. Tamamlə fərqi siyasi və milli görüşlərə malik olan dövlətlərin bir yerdə müzakirələri üçün peşəkar mühit yaratdı və dünyanın gələcəyi üçün mühüm nəticələr əldə olunmasına nail oldu.

COP 29-un bəşəriyyətə hansı töhfələr verəcəyi daha çox BMT-nin missiyasına aiddir. Amma COP29-un Azərbaycana nə verdi sualına verilən cavab Azərbaycanın dövlətinin və cəmiyyətinin gələcək missiyası ilə bağlıdır. Azərbaycan hər zaman milli siyasətlə yanaşı, regional siyasəti olan bir dövlət olub. COP29 ilə Azərbaycanın qlobal siyasətdə əksəriyyət tərəfindən qəbul olunan yeri müəyyən olundu. Biz artıq bəşəriyyəti narahat edən, dünyanın gələcəyini təhdid edən problemlərin həllində liderlik edən dövlətlər sırasındayıq və mən sizin əmin edirəm ki, onların içində də ən məsuliyyətlisi də elə bizik.

Bu qlobal tədbir həm də ölkəmizin bütün idarəetmə sistemini test etdi. Çağırışlar çox böyük idi. Təhlükəsizlikdən tutmuş nəqliyyata qədər, təşkilatçılıqdan tutmuş kulinariyaya qədər, siyasi təcrübədən tutmuş qanunvericilik təşəbbüslərinə qədər çoxsaylı çağırışlara Azərbaycan dövləti layiqincə öhdəsindən gəldi. Biz böyük bir qlobal təcrübə qazandıq. Bizim gənclərimizin şahidi olduğu bu mənzərə onların gələcəkdə qlobal dünya görüşlərinin formalaşmasına böyük bir təkan verəcəkdir. Biz ilk dəfə idi ki, özlərini qlobal güclər sayan dövlətlər kimi dünyanın taleyinin müəyyən edilməsində iştirak etdik. Və mən əminəm ki, bu hadisə bizim gələcək milli, iqtisadi və texnoloji inkişafımızda böyük iz buraxacaqdır.

Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz səmimi, saf niyyətini, gücünü, cəsarətini, potensialını bütün dünyaya nümayiş etdirdi. Mən bu tədbirin uğurlu keçməsi münasibətilə dövlət başçımısı, dövlət və hökumət nümayəndələrini, hər kəsi təbrik edirəm! Əminəm ki, gələcəkdə də dünyanın gələcəyi ilə bağlı qərarların verilməsində Azərbaycan Prezidentinin və ölkəmizin rolu daha da artacaqcaqdır.


Tahir Mirkişili
Milli Məclisin deputatı

Seçilən
3
modern.az

1Mənbələr