AZ

Ukrayna ABŞ raketini Rusiyanın bu şəhərinə ATACAQ!–4 hava limanı HƏDƏFDƏ, sığınacaqlar HAZIRLANDI!

Ukrayna Rostov şəhərindəki hərbi obyektləri Qərbin verdiyi raketlərlə vura bilər. Bu barədə “The Wall Street Journal” nəşri yazıb. Nəşr bu qənaətə “Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (İSW)” hazırladığı xəritəni təhlil etdikdən sonra gəlib.

Xəritədə 300 və 250 kilometr mənzilində yerləşən, ABŞ-ın ATACMS və Böyük Britaniyanın “Storm Shadow” raketləri ilə vurulması mümkün olan 200-ə yaxın hərbi obeytk əks olunur. Mümkün hədəflərə aerodromlar, sursat anbarları, silah anbarları, təlim poliqonları və komanda mərkəzi daxildir. Belə obyektlərin çoxu Ukrayna ilə sərhəddə yerləşən Rostov vilahyətində cəmləşib. Misal üçün, “Millerova” və “Morozovks” daxil olmaqla ən azı 4 hava limanı hədəf ola bilər. Ukrayna daha öncə bu limanlara PUA hücumu cəhdi edib. Rostov Rusiya üçün Ukrayna cəbhəsində logistikanın təmin edilməsi baxımından strateji yerdir. Qoşunların və texnikanın cəbhəyə köçürülməsində bu marşrutdan geniş istifadə edilir.

Nəşr qeyd edir ki, ABŞ Ukraynaya raket icazəsi verdikdən sonra Rostov vilayətində mümkün hücumdan müdafiə hazırlığı başlanıb.
Qubernator vəzifəsini icra edən Yuri Slyusar bomba sığınacaqlarının yoxlanılması və sakinlərin evakuasiyası üçün təlimlərin keçirilməsi əmrini verib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi şərhçi Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

Seçilən
18
1
musavat.com

2Mənbələr