AZ

"Büdcə gəlirləri və xərclərinin artması ölkəmizin inkişafının göstəricisidir" - Spiker

"Dövlət büdcəsinin gəlirləri və xərclərinin artması ölkəmizin inkişafının göstəricisidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, ölkəmizdə sosial sahəyə böyük əhəmiyyət verilir, insanların rifahı təmin edilir, maaş və pensiyalar artırılır. 

Sədr qeyd edib ki, 2025-ci ilin büdcəsi iqtisadi tərəqqi ilə sosial vəziyyəti tarazlaşdırır. 

"Gələn ilin gəlirləri və xərcləri rekord göstərici kimi müvafiq olaraq 38.3 milyard və 41.4 milyard manatda proqnozlaşdırılır", - deyə Sahibə Qafarova əlavə edib

Mina Mikayılova

Seçilən
16
bakivaxti.az

1Mənbələr