AZ

“Gələn il üçün sosial paket 3 milyon insanı əhatə edəcək”

“Gələn il minimum əməkhaqqı və minimum pensiyanın artırılması, pensiyaların indeksləşdirilməsi proqnozlaşdırılır. Ümumilikdə sosial paket 3 milyon insanı əhatə edəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.

“2025-ci ilin dövlət büdcəsi layihəsi Prezidentin müəyyən etdiyi təşəbbüsləri, milli inkişaf prioritetlərindən irəli gələn sosial iqtisadi hədəfləri əhatə edir.

Qlobal iqtisadi artım 3,2 % proqnozlaşdırılır. Milli iqtisadiyyatımız qlobal riskləri neytrallaşdırmalıdır. Qlobal iqtisadiyyatda geosiyasi amillərdən doğan qeyri-müəyyənliklər fonunda əsas məsələ Azərbaycanın yuxarı orta gəlirli ölkələr sırasında öz yerini möhkəmləndirməsidir.

Növbəti ildə inflyasiya 4,6 % proqnozlaşdırılır. Büdcə gəlirlərimiz 2024-cü ilin proqnozundan 5,3 % çoxdur. Xərclər isə cari illə müqayisədə 4,1 % çox proqnozlaşdırılır”, - deputat vurğulayıb.

Nuranə Daxilqızı

Seçilən
23
2
qafqazinfo.az

3Mənbələr