İran Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, İran və üç Avropa ölkəsi noyabrın 29-da Fələstin, Livan və nüvə proqramı ilə bağlı məsələləri müzakirə etmək üçün görüşəcək...
Poliqon xəbər verir ki, bu barədə İRNA Agentliyi məlumat yayıb. Görüş Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında baş tutacaq.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi jurnalistlərə bildirib ki, cümə günü, noyabrın 29-da İran, Fransa, Almaniya və Böyük Britaniya xarici işlər nazirlərinin müavinləri arasında ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi üçün görüş keçiriləcək.
Bəqayi İranın digər ölkələrlə ləyaqət, müdriklik və məqsədəuyğunluq prinsiplərinə əsaslanan prinsipial qarşılıqlı fəaliyyət və əməkdaşlıq siyasətinə istinad edərək, üç Avropa ölkəsi ilə qarşıdakı danışıqları Avropa Şurasının illik sessiyası çərçivəsində onlarla aparılan müzakirələrin davamı kimi qiymətləndirib.
İran rəsmisi qeyd edib ki, Nyu-Yorkda planlaşdırılan danışıqların bu raundunda bir sıra regional və beynəlxalq məsələlər, o cümlədən Fələstin və Livandakı vəziyyət, həmçinin nüvə problemi müzakirə olunacaq.
Poliqon.info