AZ

Bu xəstəliklərin kökü kəsiləcək - TİBBDƏ İNQİLAB

Beynəlxalq Kosmik Stansiya (BKS) tədqiqatçıları kosmosda kiçik insan beyni yetişdiriblər. 

“Cebheinfo.az” xəbər verir ki, bu araşdırma Alzheimer, Parkinson və onurğa beyni zədələri üçün yeni müalicə üsullarını araşdırmaq üçün aparılıb. 

Beynəlxalq Kosmik Stansiyada (BKS) aşağı cazibə mühiti tədqiqatçılara cəmi 72 saat ərzində beyin orqanoidlərini yetişdirməyə imkan verib. Bu proses Yer kürəsində aylar çəkə bilər. 

Orqanoidlər insan orqanının quruluşunu və funksiyasını təqlid edən süni şəkildə böyüdülmüş hüceyrə kütlələrindən ibarətdir. 

Məhz kosmosda yetişdirilən orqanoidlər tədqiqatçılara hazırda müalicəsi mümkün olmayan nevroloji xəstəliklərin müalicəsi üçün yeni metodu sınaqdan keçirməyə imkan verir.

Bu xəstəliklərə qarşı biotexnologiya şirkəti “Axonis Therapeutics” tərəfindən hazırlanan testlər müalicənin siçanlar üzərində işlədiyini ortaya çıxarıb. 

Ancaq gəmiricilərdə təsirli olan gen terapiyası insanlarda çox vaxt uğursuz olur. Buna görə də testlər insanın mərkəzi sinir sisteminin dəqiq modelindən istifadə edilməklə aparılmalı idi. 

Bu da şirkətin kosmosda insan beyninin orqanoidlərini yetişdirməsinə səbəb olub. 

Məlumdur ki, dünyada ən azı 55 milyon insan Alzheimer, 10 milyon insan Parkinson, 15 milyondan çox insan onurğa beyni zədələnir. Bu xəstəliklərin hələ də dəqiq müalicəsi yoxdur.

Seçilən
10
cebheinfo.az

1Mənbələr